ToyGeyimi.com xanımların yaxınlarının toy və nişan kimi gözəl günləri ərəfəsində ən çətin və vaxt aparan işlərindən olan paltar axtarmaq və ürəyincə olan paltarı tapmaq işini bu yazını oxumaq qədər asan edir.

ToyGeyimi.com komandası həyatımızın ən vacib və gözəl prinsiplərindən olan “paylaşmaq gözəldir” prinsipini öndə tutaraq bu saytı yaratdı.

Yəqin ki, sizin də evinizdə müxtəlif səbəblərdən artıq geyinməyəcəyinizi düşündüyünüz lakin yaxşı vəziyyətdə olan ziyafət geyimləriniz var. Səbəb olaraq həmin geyimi artıq eyni insanlar olan çevrələrdə geyinməyiniz ola bilər. Və ya bədən ölçünüzün dəyişməsi də ola bilər. Bunun üçün də yeni bir toy və ya nişan yaxınlaşdıqda ağıla gələn ilk şey geyim mağazalarından yeni bir paltar almaq və yaxud bu tip geyimlərin günlük kirayəyə verildiyi yerlərdən hər hansı bir paltarı kirayəyə götürmək olur.

İnanın ki, bu vəziyyəti dünyanın hər yerindən olan xanımların 87%-i mütəmadi olaraq yaşayır.

Biz, sizlərdən biri olan Aysel və Leyla bu statistik fakta əsaslanaraq düşündük ki, “işləri asanlaşdırmaq üçün niyə də əlaqələndirici bir sayt yaratmayaq ki, orada hansısa ziyafət geyimlərini daha geyinməyəcəyini düşünən xanımlarımız həmin geyimlərini kirayəyə vermək və ya satmaq üçün elan verə, eyni zamanda da yeni paltar axtarışında olan xanımlarımız vaxtına və puluna qənaət etməklə ürəyincə olan və çox hallarda mağazalarda tapılmayan bu paltarları kirayəyə götürə və ya ala bilsinlər”.

Beləcə də biz hamımızın yaşadığı bu çətinliyi aramızda paylaşaraq bir çox hallarda mağazalara getməyə ehtiyac qalmadan özümüz həll etmiş oluruq.

Əgər siz də bu yeni layihənin ilk iştirakçılarından biri olmaq istəyirsinizsə, ilk olaraq evinizdə olan hər hansı paltarın və ya paltarların şəkillərini çəkərək və digər məlumatları daxil edərək sayta yerləşdirin.

Gəlin paylaşaq və gözəlləşək.