Qeydiyyatdan keçmək üçün 2 yol var:

1. Səhifənin sağ-yuxarı küncündə yerləşən kiçik adam işarəsinə basıb açılan pəncərənin yuxarısında “Qeydiyyatdan keç” düyməsinə basın. Tələb olunan məlumatları doldurun.
2. Səhifənin sağ yuxarı tərəfində yerləşən “Elan yerləşdir” düyməsinə basmaqla (əgər heç bir hesaba daxil olmamısınızsa) siz qeydiyyatdan keçmək səhifəsinə yönləndiriləcəksiniz. Orada tələb olunan məlumatları daxil eib qeydiyyatdan keçdikdən sonra “Elan yerləşdir” səhidəsinə yönləndiriləcəksiniz.

Please log in to rate this.
0 people found this helpful.


Bəli. Səhifənin sağ yuxarı küncündə yerləşən kiçik adam işarəsinə basıb açılan kiçik pəncərənin sağ-aşağı küncündə yerləşən kiçik Facebook işarəsinə basmalısınız. Basdığınız zaman sizdən Facebook hesabınızla qoşulmaq üçün icazə istəniləcək. Orada təsdiq etmək üçün olan düyməni basdıqdan sonra siz, təsdiqləmə (authentication) səhifəsinə yönləndiriləcəksiniz. Orada yazılan yazı ingilis dilində olduğu üçün tərcuməsini sizə burada yazırıq:
Deyəsən siz Facebook hesabınızla birinci dəfədir ki daxil olursunuz. Əgər sizin artıq ToyGeyimi.com hesabınız varsa zəhmət olmasa aşağıdakı formu dolduraraq daxil olun ki, mövcud hesabınız Facebook hesabınızla əlaqələndirilsin. Əks halda zəhmət olmasa aşağıdakı formada email adresi və şifrə daxil etməklə, növbəti səhifədə isə istifadəçi adı daxil etməklə yeni hesab aça bilərsiniz. Siz bunu yalnız BİR DƏFƏ daxil edəcəksiniz. Gələn dəfə daxil olduqda bir başa hesabınıza yönləndiriləcəksiniz

Please log in to rate this.
1 person found this helpful.


1) Səhifənin sağ yuxarı küncündə yerləşən kiçik adam işarəsinə basıb açılan pəncərədə birinci boş xanasına istifadəçi adınızı, ikinci boş xanasına isə şifrənizi yazmaqla daxil ola bilərsiniz.

2) Və ya öncədən Facebook hesabınızla qeydiyyatdan keçmişsinizsə bu zaman, o zaman səhifənin sağ yuxarı küncündə yerləşən kiçik adam işarəsinə basdıqdan sonra açılan kiçik pəncərənin sağ-aşağı küncündə yerləşən kiçik Facebook işarəsinə basmalısınız.

Please log in to rate this.
1 person found this helpful.


Səhifənin sağ yuxarı küncündə yerləşən kiçik adam işarəsinə basıb açılan pəncərədə Daxil ol düyməsindən aşağıda yerləşən “Şifrəni unutdum”-a basın. Açılan yeni pəncərədə istifadəçi adı və ya e-mailinizi yazmaqla şifrənizi bərpa edə bilərsiniz.

Please log in to rate this.
1 person found this helpful.


Səhifənin paltarları gördüyünüz hissəsinin sağ tərəfində filter bölməsi var. Oradan istədiyiniz ölçü, hazırlanma üsulu, kirayə və ya satış üçün olmasını və (və ya) geyim növünü (Gəlinlik və ya Toy geyimi) seçib filter düyməsini basmaqla yalnız istədiyiniz kateqoriyadakı paltarlara baxa bilərsiniz.

Please log in to rate this.
0 people found this helpful.


Hal-hazırda yalnız 2 növdə paltar – Gəlinlik/Toy geyimi. Digər növlər (kişi kostyumları, ayaqqabılar və digərləri) yaxın vaxtlarda əlavə olunacaq.

Please log in to rate this.
1 person found this helpful.


Səhifənin sol yuxarı tərəfində, ToyGeyimi.com logosunun altında “Bütün Bölgələr” düyməsini görəcəksiniz. Onu basaraq oradan istədiyiniz bölgəni seçə bilərsiniz.

Please log in to rate this.
1 person found this helpful.


1) Əgər qeydiyyatdan keçdiyiniz zaman və ya hansısa elan yerləşdirdiyiniz zaman ev və ya mobil nömrənizi daxil etmisinizsə o zaman sizin nömrə sizin elanınızın yanında görüntülənəcək. İnsanlar sizinlə bir başa nömrənizlə əlaqə yarada bilərlər.
1) Əgər mobil və ya ev telefonunuzu qeyd etməmişsinizsə, bu zaman insanlar sizin elana baxdıqdan sonra ekranın sağ tərəfində “Bu satıcıya mesaj göndər” düyməsini basaraq öz email, ad, soyad və telefon nömrələrini qeyd etməklə sizə mesaj göndərə bilərlər. Sizə göndərilən mesajlar qeydiyyat zamanı daxil etdiyiniz email ünvanınıza göndəriləcək.
Qeyd: Sizin emailinizi insanlar heç bir halda görməyəcək. Onlar yalnız sizə “Bu satıcıya mesaj göndər” düyməsi vasitəsilə mesaj göndərə biləcəklər. Bu zaman da sizə gələn email ToyGeyimi.com tərəfindən gələcək və içərisində sizə mesaj göndərənin detalları və mesajın özü olacaq. Sizin emailiniz heç kim tərəfindən görüntülənə bilmədiyinə görə də SPAM-lardan narahat olmaya bilərsiniz.

Please log in to rate this.
0 people found this helpful.


Xeyr. Sizin emailinizi insanlar heç bir halda görməyəcək. Onlar yalnız sizə “Bu satıcıya mesaj göndər” düyməsi vasitəsilə mesaj göndərə biləcəklər. Bu zaman da sizə gələn email ToyGeyimi.com tərəfindən gələcək və içərisində sizə mesaj göndərənin detalları və mesajın özü olacaq. Sizin emailiniz heç kim tərəfindən görüntülənə bilmədiyinə görə də SPAM-lardan narahat olmaya bilərsiniz.

Please log in to rate this.
0 people found this helpful.


Əgər kiminsə evinə getməkdən çəkinirsinizsə və ya satan/kirayə verən şəxs evində sizi qəbul etmək istəmirsə, bu zaman siz TREND GƏLİNLİK mağazalarının hər hansı şöbəsində görüşüb paltarı orada geyinib yoxlaya bilərsiniz. TREND GƏLİNLİK Bakının 2 nöqtəsində, biri Xaqani küçəsi 63A ünvanında (Sahil metrosunun və Axundov kitabxanasının yaxınlığı, hesablama palatasının yanında), digeri ise Əbdürrəhim Haqverdiyev küçəsi 59B ünvanında (Incəsənət universitetinin yaxınlıgında) yerləşir.

Please log in to rate this.
1 person found this helpful.


Bu halda siz TREND GƏLİNLİK mağazalarının hər hansı şöbəsində görüşüb paltarın orada geyinilib yoxlanılması üçün istifadə edə bilərsiniz. TREND GƏLİNLİK Bakının 2 nöqtəsində, biri Xaqani küçəsi 63A ünvanında (Sahil metrosunun və Axundov kitabxanasının yaxınlığı, hesablama palatasının yanında), digeri ise Əbdürrəhim Haqverdiyev küçəsi 59B ünvanında (Incəsənət universitetinin yaxınlıgında) yerləşir.

Please log in to rate this.
0 people found this helpful.


Paltarı kirayə verdikdə kirayə götürəndən onun şəxsiyyətini təsdiq edən sənədi və ya öncədən müəyyənləşdirdiyiniz deposit məbləğ tələb etməklə. Depozit kirayəyə götürən şəxs tərəfindən paltarın əvvəlki vəziyyətdə qaytarılmağını təmin edən vasitədir. Əgər paltar əvvəlki vəziyyətində geri qaytarılırsa, bu halda, depozit tam miqdarda kirayəyə götürənə geri qaytarılmalıdır. Əgər kirayəyə götürən şəxs paltarı aldığı vəziyyətdə qaytarmırsa (paltara xələl gəlibdirsə-cırılma, sökülmə, kirlənmə və s. kimi), bu halda, Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən, kirayəyə verən şəxs saxladığı deposit məbləğindən vurulmuş ziyana müvafiq məbləği çıxmaqla geri qalan pulu kirayəyə götürənə ödəməlidir.

Please log in to rate this.
0 people found this helpful.


1) Öncədən qeyd edək ki, paltarı kirayə götürdükdə kirayə verən şəxsin yanındaca həmin paltarın hər tərəfli foto-şəklini çəkin və sonra o şəkli kirayə verənin email ünvanına və ya hər hansı digər əlaqə vasitəsinə göndərin. Paltarı geri qaytardıqda əgər kirayə verən hansısa səbəblərlə sizin depozitinizdən kəsmək və ya geri qaytarmamaq istəyərsə, sizdə olan foto-şəkillər paltarı olduöu vəziyyətdə geri qaytardığınıza dair ən güclü sübutdur.
2) Bundan əlavə satıcı və ya kirayə verənin hər hansi əməlinin yalnış olduğunu düşünürsünüzsə, zəhmət olmasa həmin kirayə verənin ToyGeyimi.com-dakı profilinə/hesabına daxil olaraq narazılıqlarınız barədə həmin satıcı və ya kirayə verənin hesabına şərh bildirin. Bu sizin ən güclü silahınızdır. Nəzərə alın ki, sizin şərhinizə minlərlə insan nəzər yetirib həmin satıcı və ya kirayə verən barədə fikir formalaşdıracaq. Hamımız bunu etsək, bütün satıcı və kirayə verənlər sizi narazı salmaqdan çəkinəcəklər.

Please log in to rate this.
0 people found this helpful.


Hal-hazırda heç bir ödəniş nəzərdə tutulmayıb. Sayt tamamilə ödənişsizdir.

Please log in to rate this.
1 person found this helpful.


Elanlar 30 gün müddətində aktiv qalacaq. 30 gündən sonra elanlar avtomatik olaraq arxivləşdirilir. Əgər 30 gündən sonra elanınızın yenidən aktiv olmasını istəyirsinizsə həmin elanı yenidən yerləşdirə bilərsiniz.

Please log in to rate this.
0 people found this helpful.


Əlbəttə. Telefonunuzda internet vasitəsilə Toygeyimi.com saytına daxil olmaqla elan yerləşdirə bilərsiniz. Bundan əlavə, bunun üçün ToyGeyimi mobil aplikasiyasını telefonunuza yükləyib onun vasitəsilə elan yerləşdirə bilərsiniz. Məsləhətimiz həm istədiyiniz əməliyyatları edib, həm də bizim FacebookTwitter səhifələrimizi bir mərkəzdən izləyə bilməyiniz üçün telefonununuza bu mobil aplikasiyanı yükləməyinizdir. ToyGeyimi mobil aplikasiyası Android OS və iOS platformaları üzərindən işləyən telefonların “App Store”-larından (bəzi cihazlarda App Market, Android cihazlarda isə Play Market və ya Play store adıyla tanınır) asanlıqla yüklənilə bilər.
Elan yerləşdirmək üçün mobil cihazınızda sayta və ya mobil aplikasiyaya daxil olduqdan sonra ekranın sol yuxarı küncündə yerləşən menyu işarəsini (alt-alta 3 üfuqi xətt işarəsi) basmaqla oradan “elan yerləşdir” düyməsini basmalısınız. Bu zaman saytda olduöu qaydada öncə qeydiyyatdan keçməniz lazım olacaq. Əgər hesabınız varsa Ekranın ən aşağısındakı “buradan daxil olun” düyməsini basmaqla artıq mövcud olan hesabınız vasitəsilə sayta daxil olub elan yerləşdirə bilərsiniz

Please log in to rate this.
0 people found this helpful.


a) Demək olar ki bütün şəkil formatlarında şəkil daxil edə bilərsiniz.
b) Bir geyim üçün maksimum 10 ədəd şəkil daxil edə bilərsiniz.
c) Ekranda görünməsini istədiyiniz şəkli birinci daxil edin.
d) Şəkli istənilən foto cihazı və ya mobil telefonunuzla çəkib bir başa telefon vasitəsilə saytımıza daxil olub ekranın sol yuxarı küncündə olan menyu işarəsini basib oradan “elan yerləşdir” düyməsini seçib yerləşdirə bilərsiniz. Və yaxud da şəkili öz kompyuter və ya digər cihazlarınıza köçürüb oradan sayta daxil olmaqla yerləşdirə bilərsiniz.
e) Şəklini çəkdiyiniz paltarın daha keyfiyyətli formada olması üçün paltarı asaraq və ya geyinib şəklini çəkməyinizi məsləhət görürük.

Please log in to rate this.
0 people found this helpful.


İstənilən sayda paltar elanı yerləşdirə bilərsiniz.

Please log in to rate this.
0 people found this helpful.


Paltarin qiymətini paltarı satan və ya kirayəyə verən şəxs müəyyənləşdirir.

Please log in to rate this.
0 people found this helpful.


Paltarın minimum 3 gün müddətinə kirayəyə verilməyi məsləhət olunur. Lakin kirayə verən və kirayəyə götürən şəxs qarşılıqlı razılıq əsasında kirayə müddətini azaldıb və ya uzada bilərlər.

Please log in to rate this.
0 people found this helpful.


Elanın təsvir hissəsində paltarın hansı vəziyyətdə olduğu, nə qədər geyildiyi, depozitin məbləği, kirayə verirsinizsə neçə günlüyə kirayə verildiyi, satırsınızsa neçəyə alındığı, hansısa brend/marka geyimidirsə onun adını və s. kimi vacib detalları yaza bilərsiniz.

Please log in to rate this.
1 person found this helpful.